• Təqvim

  • Maraq



Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən “Açıq qapı“ günləri davam edir

Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən “Açıq qapı“ günləri davam edir
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı“ günləri keçirilir.
Xəbər verdiyimiz kimi, may ayının 29-dan etibarən rayonumuzda elan olunmuş “Açıq qapı” günlərində əsas məqsəd Cümhuriyyətin keçdiyi 100 il haqda məktəblilərə daha ətraflı məlumat vermək, bu barədə onların biliklərini artırmaqdır.

Hər gün bir neçə məktəbin qatıldığı “Açıq qapı“ günlərinin bugünkü iştirakçıları N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri olub. VIII-X sinif şagirdlərinin iştirak etdiyi ekskursiyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qəbul etdiyi əhəmiyyətli qərarlardan, dövlət atributlarımızdan, ordu quruculuğu və Azərbaycan dili sahəsində görülən işlərdən ətraflı söhbət açılıb.
Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən “Açıq qapı“ günləri davam edir
GOYEZEN.AZ saytına ekskursiya barədə fikirlərini bölüşən məktəbin direktor müavini Nuriyyə Nuruyeva, müəllimlərdən Kifayət Xasməmmədova, Gülbəniz Abadova, Arzu İbrahimova və Cəvahir Qəhrəmanova şagirdlərin ölkəmizin tarixini, keçmişini, tarixi şəxsiyyətlərini öyrənmələri baxımından təşkil olunmuş bu cür əhəmiyyətli tədbirin keçirilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Muzeyin əməkdaşlarına ətraflı və dolğun məlumatlara görə təşəkkürlərini çatdırıb, Azərbaycan Xalq Cümhuriyyəti haqqında filmlərin nümayiş etdirilməsini yüksək qiymətləndiriblər.

Məlumat üçün qeyd edək ki, “Açıq qapı“ günlərində şəhər və kəndlərdən 12 məktəbin şagirdlərinin iştirak etməsi planlaşdırılmışdır. Ümumilikdə, 1191 şagird ekskursiya etməsi nəzərdə tutulmuşdur.

“Açıq qapı“ günləri 14 iyunadək davam etdiriləcəkdir.


Facebook-da paylaş