• Təqvim

  • Maraq

Qazaxda “Azərbaycan mədəniyyətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyət” başlıqlı tədbir keçirilib

Mayın 6-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ilə “Azərbaycan mədəniyyətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyət” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax rayon mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb, əziz xatirəsini ehtiramla anıblar. Qazax rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və şəkillərdən ibarət ”Əlçatmaz zirvə” başlıqlı sərgiyə baxış keçirilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev və mədəniyyət” adlı film nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz tutumuna görə böyük bir epoxadır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyevaçıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva bildirib ki, tarix boyu başı çox qovğalar çəkmiş, dəfələrlə müstəqilliyini itirmiş, hətta zamanın tozlu dolanbaclarında yoxa çıxmaq təhlükəsi ilə üzləşmiş Azərbaycan hər dəfə simurq kimi öz küllərindən doğulub pərvazlanmağı, yenidən öz varlığını və qüdrətini dünyaya sübut etməyi bacarıb, malik olduğu milli dəyərləri ilə! Bu dəyərlərdən biridir müasir Azərbaycanımızın qurucusu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev! Vətən sevgisi, xalqa bağlılığı, dövlətə sədaqəti ilə hər kəsə örnək olan, zəkası, dühası, istedadı, uzaqgörənliyi, qətiyyəti ilə bütün dünyada tanınan, ömrünü xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən tarixi şəxsiyyətdir O! Elə bir tarixi şəxsiyyət ki, ən çətin zamanlarda belə həm dövlətin, həm də xalqının xilaskarına çevrilməyi bacarmışdı. Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. O, Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil və mədəniyyət iqtisadiyyat, siyasət kimi prioritet məsələlərindən olmuşdur. Dahi şəxsiyyət hər zaman bütün çıxışlarında bir xalqın inkişafının və dünyada özünü təsdiqləməsinin əsas vasitəsi kimi təhsili və mədəniyyəti qeyd etmişdir. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”, - deyən Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrinə, fikirlərinə nəzər salsaq görərik ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi. Bəli, biz qürurla deyə bilirik ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dünəni, bu günü və sabahıdır. Heydər Əliyev zamanında dünyada sülhün carçısı imicini qazanmış, əmin-amanlığın qarantına çevrilmiş dahi bir şəxsiyyətdir. Tarix Ümummilli Lider Heydər Əliyevi XXI əsrin əvvəlində tərəqqi edən Azərbaycanın təməlini qoymuş şəxs kimi yaddaşında əbədi yaşadacaqdır. Bu gün Ümummilli Liderin təməlini qoyduğu işləri oğlu, davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar. Mehriban xanımın uzun illər apardığı uğurlu fəaliyyət nəticəsində Azərbaycan muğamı bütün dünyada tanınır və sevilir. Eləcə də Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri uğurlu inkişaf yolu keçməkdə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutmaqdadır.

MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanovçıxış edərək tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, dövlətçiliyimizin qorunub saxlanılması və inkişafı istiqamətində atdığı addımlardan danışıb. Natiq bildirib ki, xalqların mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut edib.

Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərəkÜmummilli Liderin ideyalarının reallığa çevrilməsindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Dahi şəxsiyyət bütün sahələrdə olduğu kimi mədəniyyətimizin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərib, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolu olub. Bu istiqamətdə həyata keçirilən siyasət ölkənin milli kimliyinin formalaşmasına və dünyada tanıdılmasına böyük təsir göstərib. Ulu Öndər hakimiyyətinin hər iki dövründə milli mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb, bu sahədə çalışan sənət insanlarına dəstək verib. Eyni zamanda Heydər Əliyev Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasını vacib hesab edir və bu istiqamətdə bir çox beynəlxalq tədbirlər keçirilirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər.

Sonda Canalı kənd Diyarşünaslıq evinin müdiri Reyhan Omarova, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.




Facebook-da paylaş


{sape_links}