Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Azərbaycan mədəniyyətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyət” başlıqlı tədbir keçirilib
Qazaxda “Azərbaycan mədəniyyətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyət” başlıqlı tədbir keçirilibBu gün, 18:39 |
|
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax rayon mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb, əziz xatirəsini ehtiramla anıblar. Qazax rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və şəkillərdən ibarət ”Əlçatmaz zirvə” başlıqlı sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev və mədəniyyət” adlı film nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz tutumuna görə böyük bir epoxadır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı.
MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanovçıxış edərək tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, dövlətçiliyimizin qorunub saxlanılması və inkişafı istiqamətində atdığı addımlardan danışıb. Natiq bildirib ki, xalqların mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut edib. Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Qazax Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərəkÜmummilli Liderin ideyalarının reallığa çevrilməsindən bəhs ediblər. Bildiriblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Dahi şəxsiyyət bütün sahələrdə olduğu kimi mədəniyyətimizin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərib, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolu olub. Bu istiqamətdə həyata keçirilən siyasət ölkənin milli kimliyinin formalaşmasına və dünyada tanıdılmasına böyük təsir göstərib. Ulu Öndər hakimiyyətinin hər iki dövründə milli mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb, bu sahədə çalışan sənət insanlarına dəstək verib. Eyni zamanda Heydər Əliyev Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasını vacib hesab edir və bu istiqamətdə bir çox beynəlxalq tədbirlər keçirilirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Sonda Canalı kənd Diyarşünaslıq evinin müdiri Reyhan Omarova, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.
Geri qayıt |