Damcılı bulağına gedən yol yenidən qurulur – Qazaxda
"Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə dillər əzbəri olan Damcılı bulağına gedən yolun çəkilməsi bu sahənin inkişafı üçün görülən işlərin ən bairz nümunəsidir.
Qoruğun direktoru Səadət Əliyeva GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, yolun hamarlaşdırılması üçün kifayət qədər lazım olan texnika ayrılıb. 1 km uzunluğunda yola ağır tonlu maşınlar salınaraq yenidən abadlaşdırılıb. Həmin yola çınqıl tökülür, sonra isə hamarlama işləri görülür.
Eyni zamanda, yolun kənarlarına yaşıllıq zolağının salınması məqsədilə çoxlu sayda Eldar şamı ağacları əkilib və rəngli dayaqlarla bərkidilib. Ağacların suvarılması üçün yeni su xətti də çəkilib.
Facebook-da paylaş