• Təqvim

  • Maraq



Damcılıda “Turizm işçiləri günü” qeyd olunub

Damcılıda “Turizm işçiləri günü” qeyd olunub
Prezident İlham Əliyevin imzaladığı 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeylərdə “Açıq qapı günü” elan edilməsinə göstəriş verilib.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva GOYEZEN.AZ saytına bildirib ki, bu gün məlum sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq Qazaxın Daş Salahlı kəndində yerləşən “Damcılı” filialında “Açıq qapı” günü keçiririk. Bu münasibətlə filialda pavilyon qurulub.

Pavilyonda mədəni irsimizi özündə əks etdirən xalçalar, qazıntılar zamanı qoruq ərazisindən tapılmış eksponatlar, qoruğun abidələri əks olunmuş suvenirlər, geyimlər, diyircəkli qələmlər nümayişə çıxarılıb, üç dildə bukletlər paylanıb.

Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, rayonumuzun turizm imkanlarını nümayiş etdirmək və genişləndirməkdir.

Eksponatları özündə əks etdirən pavilyon qoruq ərazisinə gələn turistlərin geniş marağına səbəb olub.

Damcılıda “Turizm işçiləri günü” qeyd olunub
Damcılıda “Turizm işçiləri günü” qeyd olunub
Damcılıda “Turizm işçiləri günü” qeyd olunub
Damcılıda “Turizm işçiləri günü” qeyd olunub
Damcılıda “Turizm işçiləri günü” qeyd olunub


Facebook-da paylaş