• Təqvim

  • Maraq



Qazaxda Novruz bayramı münasibətilə “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib


Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. Min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq 4 ildir ki, Qələbə sevinci ilə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra builki Novruz bayramı daha fərqlidir. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağını qaldıran qalib xalqın nümayəndəsi olaraq Novruz bayramını qürur hissi ilə qeyd edirik. Bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və borclu olaraq əziz bayramımız olan Novruzu bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval-ruhiyyə, könül xoşluğu yaradıb. 

Martın 19-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.

Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb. 

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.

Kosa, Keçəl və Bahar qızı tərəfindən rayon rəhbərliyinin və qonaqların qarşılanması ilə bayram tədbirinə start verilib. İlk olaraq Kosa, Keçəl, Bahar qızı, zurnaçılar rayon rəhbərliyini qarşılayıb, təbriklərini çatdırıb və yumurta döyüşdürüblər. Obada  davul   çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar obaya daxil olublar. Qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini çatdırıb və obada olan alaçıqlarla tanış edib. 


 


Bayram tədbirində Dədə Qorqud iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bayram tonqalı alovlandırılıb, milli geyimli gənclər ocağın ətrafında “Yallı” gediblər. 


Sonra rayon rəhbərliyi Mədəniyyət Mərkəzinin foyesində Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işləri, rəsmləri ilə tanış olublar. 

Daha sonra tədbir Mədəniyyət Mərkəzinin böyük zalında konsert proqramı ilə davam etdirilib. 


Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, səmimi ürək sözlərini bölüşüblər. Tədbirdə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunmasından söz açılıb. Bildirilib ki, məhz bu dahi şəxsiyyət illər öncə Vətənini, Azərbaycanı və xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Milli mədəniyyətimizin inkişaf və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirən, saz sənəti, muğam, xalçaçılıq və Novruz bayramı İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və gərgin zəhməti sayəsində mümkün olmuşdur. Vurğulanıb ki, Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Buna uyğun olaraq  respublikamızın bütün bölgələrində ətraf mühitin sağlamlaşdırılması və yaşıllaşdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ağacəkmə aksiyaları təşkil edilir ki, bu ağacəkmə aksiyaları bizim rayonumuzda da yüksək səviyyədə keçirilir və keçirilməkdədir. “Böyük qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızda hazırda tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev çıxış edərək icra başçısı Rəcəb Babaşovun adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində qazandığımız tarixi Qələbədən söz açaraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. M.Alıyev bildirib ki, builki Novruz bayramı daha fərqlidir. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. 2024-cü ilin 18 martında Müzəffər Ali Baş Koamndan İlham Əliyev doğma Xankəndidə Novruz tonqalını alovlandırdı. Bu, bütün Azərbaycan xalqına qürur, sevinc dolu anlar yaşatdı. M.Alıyev bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu söyləyib. M.Alıyev bildirib ki, illər öncə hər zaman arzu edirdik ki, gün gəlsin Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bəli, bu gün həmin arzumuz gerçək olub. Artıq 4 ildir ki, xalqımız Novruz bayramını qalib ölkənin vətəndaşı olaraq qeyd edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, azad olunmuş torpaqlarımızda, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda bayram şənlikləri keçirilir, bayram tonqalları alovlandırılır.  

Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. Vahid Hocanın hazırladığı “Göyəzən” instrumental ansamblının ifasında səslənən “Novruz” kompozisiyası alqışlarla qarşılanıb. 

İstedadlı gənc Məhəmməd Budaqovun ifasında səslənən “Bayram axşamlarında”, müğənnilər Nicat Zeynallının ifasında səslənən “Türk övladıyıq”, Gültəkin Hüseynovanın ifasında səslənən “Şur” təsnifi, “Yurd” vokal qrupunun təqdim etdiyi mahnı, Vüsal Osmanlının ifasında səslənən “Gəl, inad etmə”, Gülnar Mədətovanın ifasında səslənən “Bənövşə”, Ramal Vilayətoğlunun ifasında səslənən “Azərbaycan”, Vüqar Mehdiyevin ifasında səslənən “Səməni”, Zəmanə Dərvişin ifasında səslənən “Popuri”, Aşıq Samir Cəlaloğlunun və Aşıq Yaşar Gülümcanovun ifa etdikləri saz havaları bayrama toplaşanlara xoş anlar bəxş edib. 

“Buta” rəqs qrupunun təqdim etdiyi rəqs nömrəsi, Vətən müharibəsi şəhidi Babək Həsənovun qardaşının övladları Gülarə Həsənli və Şahyəddin Həsənlinin şeir töhfələri tədbirə xoş ovqat qatıb. 

GOYEZEN.AZ



Facebook-da paylaş