• Təqvim

  • Maraq



İcra başçısı Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonunda və poliqona gedən yolda aparılan təmizlik işləri ilə tanış olub


Son illər Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, şəhərin təmizliyi də daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmizliyinə xüsusi diqqət ayrılmasının, rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinin, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin vaxtlı-vaxtında götürülməsinin nəticəsidir ki, bu gün Qazax təmiz şəhərlər sırasında dayanır.

Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır. Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.


Şəhərdə təmizliyin qorunub saxlanılması məqsədilə görülən işlərdən biri də rayonun Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonun yaradılması, mütəmadi olaraq həmin poliqonda traktorla təmizlik işlərinin aparılmasıdır.

Sözügedən poliqonda növbəti təmizlik işləri həyata keçirilir.


İyunun 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində olub, poliqonda və poliqona gedən yolda aparılan təmizlik işlər ilə maraqlanıb. Rayon rəhbəri poliqonunun və ətraf ərazinin mütəmadi olaraq təmizlənməsi, işlərin davam etdirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 


Unutmayaq ki, şəhərimizi, yaşadığımız ərazini, eləcə də ətraf mühiti təmiz saxlamaq hər birimizin borcu və vəzifəsidir!.

GOYEZEN.AZ



Facebook-da paylaş