Qazaxda “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda keçirilən intellektual yarışın təşkilatçıları və qalib komandaların üzvləri təltif olunublar
Bu il öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu gün fəxrlə söyləyirik ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ən əsası da müstəqil Azərbaycan dövləti bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevin şah əsəridir. İllər keçsə də xalqımız Dahi oğlunu Azərbaycanın tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı hər zaman qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Mayın 26-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkiatçılığı ilə “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən intellektual yarışa 17 komanda - “Zirvə”, “Zəfər”, “Qarabağ”, “Şuşa”, “Laçın”, “ Cəbrayıl”, “Xarı bülbül”, “Qazax”, “Avey”, “Göyəzən”, “Bağanıs Ayrım”, “Xeyrımlı”, “Barxudarlı”, “Sofulu”, “Qızıl Hacılı”, “Yuxarı Əskipara”, “Aşağı Əskipara” adlı komandalar qatılıblar. Hər komandada 4 nəfər olmaqla, 68 nəfər Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak edib. 3 mərhələdə keçirilən yarışda hər mərhələdə 10 sual olmaqla, ümumilikdə 30 sual səsləndirilib. Gərgin bilik mübarizəsi şəraitində keçən intellektual yarışda hər biri 27 xal toplayan “Qarabağ”, “Barxudarlı”, “Xeyrımlı” komandaları yarışın birincisi olublar. Qalib komandaların üzvlərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” adlı intellektual yarışı yüksək səviyyədə təşkil etdiklərinə və fəal iştiraklarına görə təşkilatçıları Fəxri Fərmanla təltif edib. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Əliyeva Səadət Bədəl qızı, Bakı Dövlət Universitetinin Qazax filialının “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti, Sənətşünaslıq elmləri doktoru Hacıyev İmaş Adışirin oğlu, millət vəkili Səməd Seyidovun köməkçisi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Əmirov Akif İlham oğlu intellektual yarışı yüksək səviyyədə təşkil etdiklərinə və fəal iştiraklarına görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Qalib komandaların üzvlərinə isə hər üç təşkilatçının adından Sertifikatlar təqdim edilib.
Bu münasibətlə mayın 30-da Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən görüşdə yarışın təşkilatçıları, münsiflər heyətinin üzvləri, könüllülər, qalib komandaların üzvləri, filialın müəllim və tələbələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbirdə iştirak edənləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqı qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. “Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına bağışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin keçirildiyini, bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” adlı intellektual yarışın ərsəyə gəlməsində əməyi, əziyyəti keçən təşkilatçılara, könüllülərə, tələbələrə razılığını ifadə edib, ən əsası da Ulu Öndərə olan sevgilərinə, hörmət və ehtiramlarına görə bir daha minnətdarlığını bildirib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. BDU-nun Qazax filialının müəllim-tələbə kollektivinə hər zaman verdiyi yüksək dəyərə görə rayon rəhbərinə razılığını ifadə edən A.Rüstəmov öz dərin minnətdarlığını bildirib. A.Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilib. Direktor respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda, o cümlədən BDU-nun Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qeyd edib. A.Rüstəmov Azərbaycan milli məfkurəsinin, varlığının, müasir dövlət quruculuğunun banisi olan Ulu Öndər Heydər Əliyevin daim qəlblərdə yaşayacağını söyləyib. Direktor bu cür tədbirlərin, yarışların, müsabiqələrin keçirilməsində əsas məqsədin Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayıb. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı rayonda keçirilən tədbirlərdə filialın kollektivi və tələbələri olaraq bundan sonra da fəal iştirak edəcəklərini, öz töhfələrini verəcəklərini bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialının “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti, Sənətşünaslıq elmləri doktoru İmaş Hacıyev çıxış edərək qalib komandaları, eləcə də yarışa qatılan bütün iştirakçıları bir daha təbrik edib, yarışda iştiraklarına və fəallıqlarına görə razılığını ifadə edib. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı keçirilən yarışda iştirak etməyin gənclərin həyatında dərin iz buraxdığını, bu cür intellektual yarışların gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarında, tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi dərindən mənimsəmələrində mühüm rol oynadığını, eyni zamanda, Ulu Öndərə olan sonsuz hörmət və ehtiramın çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Bu cür nümunəvi tədbirlərin, yarışların təşəbbüsünə və təşkilinə görə başda rayon rəhbərliyi olmaqla, əməyi keçən insanlara minnətdarlığını bildirib.
Bakı Dövlət Univesitetinin Qazax filialının turizm işi ixtisası üzrə magistraturasında təhsil alan Lalə Namazova çıxış edərək tələbələrə göstərilən qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Filialda mütəmadi olaraq tələbələrlə keçirilən görüşləri həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş