Qazaxda gənc yazar Jalə İsmayılın “Min bir gecəlik kitabxana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub
Noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş, gənc yazar Jalə İsmayılın faciə janrında yazdığı “Min bir gecəlik kitabxana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
8 Noyabr – Zəfər Günü ərəfəsində Qazax Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşanın premyerasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov giriş sözü ilə çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, müharibə əlillərini, tamaşanı izləməyə gələnləri salamlayıb, iştiraklarına görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Sonra tamaşa nümayiş olunub. Məlumat üçün qeyd edək ki, tamaşa Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş gənc yazar Jalə İsmayılın faciə janrında yazdığı əsər əsasında hazırlanıb.
Tamaşanın baş rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rejissor və musiqi tərtibatçısı Allahverdi Musayevdir. Bədii tərtibatçı Səyyat Məmmədov, Aysan Omarova, rejissor assisenti Kəmalə Eyyubovadır.
Qazax Dövlət Dram Teatrının aktyorları - Yusif Qoca birinci əsgər, Zəmanə Dərviş kitabxanaçı, Sərdar Rüstəm ikinci əsgər obrazını canlandırıblar.
Ədəbi hissə müdiri Sura Əmiraslanova, truppa müdiri Hava İskəndərova, baş inzibatçı Valeh Məmmədovdur.
Sex müdirlərindən Kəmalə Budaqova dərzi, Akifə Məmmədova butafor, Xurşid Mustafayeva geyim, Gülnarə Qurbanova qrim, Vahid Əliyev işıq, Kəmalə Qəribova əlbisə, Rövşən Məmmədtağıyev isə səs və radio üzrə məsul şəxslərdir.
Tamaşada müharibənin verdiyi ağrı-acılar, kitabxanaçı bir qızın yaşadıqları öz əksini tapıb.
GOYEZEN.AZ
Facebook-da paylaş