Vətəndaş məktubundan: “Cənab Prezident, ilk növbədə, Sizə və Mehriban xanıma şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz minnətdarlığımı bildirirəm”
Midvari
Əmiraslanovadan, Möhtərəm cənab Prezident, Mən keçmiş məcburi köçkünəm, şəhid
yoldaşıyam. İlk növbədə, Sizə və Mehriban xanıma şəhid ailələrinə göstərdiyiniz
diqqət və qayğıya görə şəxsən öz minnətdarlığımı bildirirəm. Sizin sayənizdə problemlərimizin həllinə
diqqətlə yanaşılır. Oğlumun işlə təmin olunması barədə müraciət etmişdim.
Müraciətimə baxıldı və oğlum işlə təmin olundu, ailəmizə sevinc bəxş edildi. Cənab Prezident, şəhid yoldaşı olaraq,
bir daha Sizə təşəkkürümü bildirirəm. Hörmətlə, Əmiraslanova Midvari, şəhid ailəsinin
üzvü. Azərbaycan Respublikası, Qazax rayonu,
Aşağı Əskipara kəndi. 17 noyabr
2021-ci il
Facebook-da paylaş