Vətəndaş məktubundan: “Cənab Prezident, qürur duyuram ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var”
İlham Musayevdən, Hörmətli
Prezident, Müzəffər Ali Baş Komandan! 44 günlük
Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz münasibətilə Sizə dərin
minnətdarlığımı bildirirəm. Qürur duyuram ki, Sizin kimi Müzəffər Ali Baş
Komandanımız var. Cənab
Prezident, 200 il ərzində işğal olunmuş Azərbaycan ərazilərinin bir qarışı belə
indiyədək geri qaytarılmamışdır. Siz yeganə ölkə başçısınız ki, bu xalqın
başında duraraq, 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma torpaqlarımızı
işğaldan azad etdiniz. Azərbaycan xalqını dünyaaya qəhrəman xalq olaraq
tanıtdınız. Bu tarixi
qələbədə mənim oğlum Musayev Tural İlham oğlunun da payı vardır. O, bu gün də
bir hərbçi olaraq Vətənimizi qorumaqda davam edir. Qəhrəmanlığına və şücaətinə
görə 7 medalla təltif edilib. Cənab
Prezident, mən Qazax rayonunun İkinci Şıxlı kəndində yaşayıram. Rayonumuzda
şəhid ailələrinə, qazilərimizə və bütün vətəndaşlarımıza göstərilən yüksək
diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah
dövlətimizi, Ordumuzu və Ali Baş Komandanımızı qorusun! Hörmətlə, Musayev İlham Səməndər oğlu Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi.
Facebook-da paylaş