Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, qürur duyuram ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var”

“Cənab Prezident, qürur duyuram ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var”


26-01-2021, 14:10


İlham Musayevdən, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz münasibətilə Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyuram ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var.

Cənab Prezident, 200 il ərzində işğal olunmuş Azərbaycan ərazilərinin bir qarışı belə indiyədək geri qaytarılmamışdır. Siz yeganə ölkə başçısınız ki, bu xalqın başında duraraq, 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad etdiniz. Azərbaycan xalqını dünyaaya qəhrəman xalq olaraq tanıtdınız.

Bu tarixi qələbədə mənim oğlum Musayev Tural İlham oğlunun da payı vardır. O, bu gün də bir hərbçi olaraq Vətənimizi qorumaqda davam edir. Qəhrəmanlığına və şücaətinə görə 7 medalla təltif edilib.

Cənab Prezident, mən Qazax rayonunun İkinci Şıxlı kəndində yaşayıram. Rayonumuzda şəhid ailələrinə, qazilərimizə və bütün vətəndaşlarımıza göstərilən yüksək diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Allah dövlətimizi, Ordumuzu və Ali Baş Komandanımızı qorusun!

Hörmətlə,

Musayev İlham Səməndər oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi.


Geri qayıt