• Təqvim

  • Unutma

  • Maraq



Prezidentə yazırlar: “Cənab Prezident, Siz bütün dünyaya Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdiniz”


27 sentyabrdan başlayan Qarabağ adlı haqq savaşımız 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu bu gün də təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər.

Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Hacıvəli Mustafayevdən, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,

30 illik həsrətdən sonra torpaqlarımızı yağı düşməndən azad etdiyinizə görə Sizi ürəkdən təbrik edirəm. Bir ağsaqqal kimi Sizə uzun ömür, cansağlığı arzulayıram.

Cənab Prezident, Siz bütün dünyaya Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdiniz. Azərbaycan xalqı Vətənə, torpağa bağlı xalqdır.

Mənim 80 yaşım var, dövlətimi, Vətənimi çox sevirəm. Sizinlə və ordumuzla fəxr edirəm, qürur duyuram. Biz Sizin qətiyyətinizə, gücünüzə inanırıq. İnanırıq ki, azad edilən torpaqlarımız çiçəklənəcək, turizm mərkəzlərinə çevriləcək.

Hörmətli Prezidentimiz, Sizə, xalqıma yeni-yeni uğurlar, cansağlığı arzulayıram.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mustafayev Hacıvəli

Azərbaycan Respublikası, Qazax rayonu.

4 yanvar 2021-ci il



Facebook-da paylaş