• Təqvim

  • Unutma

  • Maraq



Prezidentə yazırlar: “Nə qədər ki, Siz bizim Prezidentimizsiniz, biz öz müstəqilliyimizi qoruyub saxlayacağıq”


Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.

Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Bunu ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur.

Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Əsgər Hacıyevdən, 

Hörmətli cənab Ali Baş Komandan.

Sizi və xalqımızı Qələbə münasibətilə təbrik edirəm. Nə qədər ki, Siz bizim Prezidentimizsiniz, biz öz müstəqilliyimizi qoruyub saxlayacağıq. 44 günlük Vətən müharibəsində Sizin nə hisslər keçirdiyinizi bizlər televiziya qarşısında olarkən gördük, hansı ölkələrin bizə dost və qardaş, hansının yad olduğunu bildik.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın cənab Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycanın müzəffər Ordusu!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hacıyev Əsgər Elvin oğlu.

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş