Vətəndaş məktubundan: “Bu zəfərin səbəbkarı da, müəllifi də Sizsiniz, cənab Prezident”
Azərbaycanın 27 sentyabrdan başlayan və 10 noyabrda böyük tarixi Qələbə
ilə başa çatan Qarabağ adlı haqq savaşının əks-sədası bu gün də bütün dünyaya səs
salmaqdadır. Həmin tarixi Qələbədən sayılı günlər arxada qalsa da xalqımız həmin
həmin anın sevincini bu gün də yaşayır. Haqq savaşımızda bizlərə böyük zəfəri bəxş
edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan
Ordusunun əsgər və zabitlərini qürur hissi ilə xatırlayırlar. Böyük Qələbə münasibətilə Azərbaycan vətəndaşlarından,
eləcə də xaricdə yaşayan soydaşlarımızdan Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ
müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə
qarşıladıqlarını bildirirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur
hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Prezidentin
saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim
edirik. Tariyel Nəsibovdan, Hörmətli cənab Prezident, Dövlətimizin qazandığı bu möhtəşəm
Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu zəfərin səbəbkarı da, müəllifi də
Sizsiniz, cənab Prezident. Ona görə də biz qazaxlılar Müzəffər Ali Baş
Komandanımız İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının
verilməsini təklif edirik. Hörmətlə, Nəsibov Tariyel Əjdər oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi.
Facebook-da paylaş