Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Bu zəfərin səbəbkarı da, müəllifi də Sizsiniz, cənab Prezident”
Vətəndaş məktubundan: “Bu zəfərin səbəbkarı da, müəllifi də Sizsiniz, cənab Prezident”19-11-2020, 19:08 |
Azərbaycanın 27 sentyabrdan başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Qarabağ adlı haqq savaşının əks-sədası bu gün də bütün dünyaya səs salmaqdadır. Həmin tarixi Qələbədən sayılı günlər arxada qalsa da xalqımız həmin həmin anın sevincini bu gün də yaşayır. Haqq savaşımızda bizlərə böyük zəfəri bəxş edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan Ordusunun əsgər və zabitlərini qürur hissi ilə xatırlayırlar. Böyük Qələbə münasibətilə Azərbaycan vətəndaşlarından, eləcə də xaricdə yaşayan soydaşlarımızdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. Tariyel Nəsibovdan, Hörmətli cənab Prezident, Dövlətimizin qazandığı bu möhtəşəm Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu zəfərin səbəbkarı da, müəllifi də Sizsiniz, cənab Prezident. Ona görə də biz qazaxlılar Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsini təklif edirik. Hörmətlə, Nəsibov Tariyel Əjdər oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi. Geri qayıt |