Prezidentə yazırlar: “Müzəffər Ali Baş Komandan, Siz sadəcə torpaqları geri almadınız. Siz bu qədər dünya ölkələrinin təzyiqlərinə sinə gərdiniz”
27 sentyabrdan başlayan Qarabağ adlı haqq savaşımız 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Həmin tarixi andan sayılı günlər arxada qalsa da xalqımız həmin Qələbənin sevincini bu gün də yaşayır. Haqq savaşımızda bizlərə böyük zəfəri bəxş edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan Ordusunun əsgər və zabitlərini qürur hissi ilə xatırlayırlar. 44 günlük döyüşdə düşmənlə yanaşı, bütün dünya dövlətlərinin Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görməsini ölkəmizin növbəti uğuru hesab edirlər. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər.
Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik.
Elnur Hüseynovdan,
Azərbaycan Respublikasının və bizim ailəvi Prezidentimiz!
Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Sizi və Azərbaycan xalqını, rəşadətli Ordumuzu Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizin daxili və xarici siyasətiniz sayəsində torpaqlarımız işğaldan azad olundu. Sizin komandanlığınız altında Azərbaycan Ordusu şanlı tarix yazdı.
Cənab Prezident, şəxsən öz adımdan və ailəmiz adından Sizə uzun ömür, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Prezidentinə!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Hüseynov Elnur Ənvər oğlu.
Azərbaycan Respublikası, Qazax şəhəri.
Fidan Şəmşiyevadan,
Hörmətli, Müzəffər Ali Baş Komandan!
Xalqımızın dəyərli şəxsiyyəti biz Sizinlə fəxr edirik. Təkcə ona görə yox ki, Siz torpaqlarımızı geri aldınız. Xeyir, Siz sadəcə torpaqları geri almadınız. Siz bu qədər dünya ölkələrinin təzyiqlərinə sinə gərdiniz, Siz heç nəyə baxmayaraq xalqımızın arxasında dağ kimi durdunuz. Sizin bu duruşunuz hər şeyə dəyərdi. Allaha çox şükür ki, biz sonda Sizin uzaq görən siyasətiniz nəticəsində torpaqlarımıza qovuşduq. Sizə sonsuz təşəkkür edirəm, mən və ailəm adından. Özüm Qazax bölgəsindənəm, Səməd Vurğunun elindən. Alınan hər qarış torpaq üçün çox sevincliyəm. Duyğularımı necə çatdıracağımı bilmirəm. Düşündüm buradan məktub ünvanlayaraq bəlkə sevincimizin bir qismini Sizə çatdıra bildim. Allah Sizi var etsin, xalqımıza çox görməsin. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Fidan Şəmşiyeva Alı qızı,
Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi.
Facebook-da paylaş