Prezidentə yazırlar: “Cənab Ali Baş Komandan, Sizə, müzəffər Ordumuza güvənirik. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır” - YENİLƏNİB
27 sentyabrdan başlayan haqq
savaşımız hər gün yeni qələbələrlə, zəfərlərlə hərb tariximizə və yaddaşlara yazılır.
Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu döyüşdə bu gün düşmənlə yanaşı,
bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görür.
Şanlı ordumuz öz gücünü, nəyə qadir olduğunu cəbhədə qazandıqları
uğurlar, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr və azad
etdikləri bir sıra yaşayış məntəqələri ilə göstərirlər. Ordumuzun qazandığı
nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə
edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu
hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu məktublardan da
görmək olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini
yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini
bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda
çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq
dolu növbəti məktubları təqdim edirik. Ayişən Alcanovadan, Müzəffər Ali
Baş Komandan. Siz öz
müdrik siyasətinizlə Azərbaycanın müasir, şanlı tarixini yenidən yazırsınız.
Bütün dünyaya gücümüzü göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk.
Azərbaycanın harasından olmağımıza baxmayaraq, ürəyimiz Qarabağda döyünür. Bu
çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli Ordumuza uğurlar arzulayırıq.
Şəhidlərimizin və Vətənə mərd, igid oğullar böyütdüyü üçün şəhid analarının
qarşısında baş əyirik. Allah Ordumuza güc-qüvvət versin. Sizə, müzəffər
Ordumuza güvənirik. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır. Sizinlə
qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır! Hörmətlə, Ayişən
Alcanova Azərbaycan
Respublikası, Qazax rayonu. Nurlanə
Əhmədlidən, Əziz Prezidentimiz. Sizi salamlayıram. Sizə bu çətin, lakin şərəfli
işinizdə böyük uğurlar arzulayıram. Biz Sizinlə fəxr edirik. Doğma
torpaqlarımızı erməni işğalçılarından təmizlədiyiniz üçün Sizə və qəhrəman
Ordumuzun bütün əsgər və zabit heyətinə minnətdarlığımızı bildiririk. Bu 30 ildə xain düşmən bizim torpaqlarımızda at
oynatdı, indi isə burunları yaxşı qırılır. Biz Sizə və Azərbaycanın şücaətli
Ordusuna güvənirik. Başa düşürük ki, döyüş olan yerdə, şəhid də olacaq. Allah
bütün şəhidlərimizə rəhmət eləsin, ön cəbhədə düşmənə qarşı cəsarətlə savaşan
əsgərlərimizə isə güc-qüvvət versin. Qarabağ Azərbaycandır! Hörmətlə, Nurlanə Əhmədli Azərbaycan Respublikası, Qazax şəhəri. Səidə Eyubovadan, Hörmətli
Prezident, müzəffər Ali Baş Komandan. Mən bir
Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm, qürur duyuram. Cənab
Prezident, Sizin Komandanlığınızla güclü, cəsarətli, qorxmaz, yenilməz
Ordumuzun gücü ilə düşmən əsarətindən xilas edilən torpaqlarımız münasibətilə
Sizi, güclü Ordumuzu təbrik edirəm. Əminik ki,
tezliklə bütün torpaqlarımız düşmən işğalından azad olunacaq, üçrəngli Bayrağımız
bütün Qarabağda dalğalanacaqdır. Torpaqlarımızda
olan qədim abidələrimiz, gözəl guşələrimiz Sizin sayənizdə yenidən bərpa
ediləcək. Köçkün həyatı yaşayan soydaşlarımız yenidən gözəl havası, suyu, hər
qarışı qiymətli olan doğma torpaqlarına qayıdacaqlar. Uca Tanrıdan
bu torpaq uğrunda canından keçən əsgərlərimizə, hərbçilərimizə rəhmət
diləyirəm. Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərimiz Azərbaycan xalqının qan
yaddaşı, qürur yeridir! Otuz ildən
sonra torpaqlarımız Sizin və mətin Ordumuzun sayəsində erməni cəlladlarından
azad edilir. Bu, bir tarixdir. Bu tarixi gələcəyimiz olan uşaqlar oxuyacaq. Bu
tarixdə Sizin, Ordumuzun uğurları və nailiyyətləri Vətən, torpaq, xalq uğrunda
canından keçən şəhidlərimizdən bəhs ediləcək. Cənab
Prezident, Sizin qətiyyətli fikirləriniz, çıxışlarınız Azərbaycan xalqına
uşaqdan böyüyədək qürur verir. Yaşasın
Azərbaycan! Gündən-günə ucalsın torpaqları ilə, sərvətləri ilə. Xalq
Sizinlədir! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan Ordusu! Yaşasın
Azərbaycan xalqı! Qarabağ Azərbaycandır! Hörmətlə, Səidə
Eyubova Azərbaycan
Respublikası, Qazax rayonu, Ağköynək kəndi.
Facebook-da paylaş