• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident. Siz savadınız və yüksək siyasi idarəçiliyiniz ilə Azərbaycan tarixini yenidən yazdınız”


Bu gün bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü izləməkdə davam edir. Hər kəs Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlarının, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrin şahidi olur. İgid Vətən oğullarının azad etdikləri bir sıra yaşayış məntəqələri ilə dövlətimizin və ordumuzun gücünün nəyə qadir olduğunu bir daha anlayırlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbə zəfərləri münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları da gündən-günə artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Səba Paşayevadan, 

Hörmətli cənab Prezident.

Siz savadınız və yüksək siyasi idarəçiliyiniz ilə Azərbaycan tarixini yenidən yazdınız. Artıq Azərbaycanın gücünü tək düşmən deyil, eyni zamanda, dünya görür. Buna görə xalqımız Sizə minnətdardır. Əminliklə demək olar ki, bu gün "azərbaycanlıyam” deyən hər kəs özünü qarabaglı hesab edir. Sanki hər birimiz o torpaqlarda doğulub böyümüşük. İnanırıq ki, qısa zamanda bütün torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlərimiz öz doğma torpaqlarına, öz yuvalarına qayıdacaq.

Cənab Prezident, bu çətin günlərdə və məsuliyyətli işdə Sizə səbr və uğur arzu edirik. Allah Sizi qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yaşasın Azərbaycanın qüdrətli Ordusu! Qarabağımız Azərbaycandır!

Hörmətlə,

Səba Paşayeva

Azərbaycan Respublikası, Qazax şəhəri.



Facebook-da paylaş