Qazaxlı sakin ölkə Prezidentini yazdığı şeirlə təbrik edib
Sentyabrın 27-dən başlayan
Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu
nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr,
azad etdikləri bir sıra yaşayış məntəqələri, əldə etdikləri digər qələbələr münasibətilə
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə
ünvanlanmış məktublar bir daha dövlət-xalq-ordu birliyini özündə təcəssüm
etdirir. Hər kəs kimi qazaxlılar da
onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun
yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini
də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin
saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim
edirik. Salman Mancanzadədən, Hörmətli
cənab Prezident. Biz Sizinlə qürur duyuruq, çünki tariximizin ən
sevincli günlərini yaşayırıq, düşmən üzərində Qələbə çalırıq. Bütün Azərbaycan
xalqı "İlhamla irəli!” deyir və mən də Sizi şeirimlə təbrik edirəm: Hüquq-ədalət taxtıdır, Zəfər İlhamın haqqıdır, Məhz indi qisas vaxtıdır, Cənab Ali Baş Komandan! Vəsiyyət öndər Atadan, Qurtar bizi bu xatadan. Hücumda atlın, piyadan, Cənab Ali
Baş Komandan. Ordumda
Mübariz çoxdur, Düşmənin
gözünə oxdur. Əmrindəyik
hər bir an. Uğrunda
verərik can! Cənab Ali
Baş Komandan. Allah
Qələbəmizi yaxın eləsin! Eşq olsun Ordumuza! Hörmətlə, Salman
Mancanzadə Azərbaycan
Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi
Facebook-da paylaş