Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxlı sakin ölkə Prezidentini yazdığı şeirlə təbrik edib

Qazaxlı sakin ölkə Prezidentini yazdığı şeirlə təbrik edib


20-10-2020, 17:12


Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr, azad etdikləri bir sıra yaşayış məntəqələri, əldə etdikləri digər qələbələr münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış məktublar bir daha dövlət-xalq-ordu birliyini özündə təcəssüm etdirir.  

Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Salman Mancanzadədən, 

Hörmətli cənab Prezident.

Biz Sizinlə qürur duyuruq, çünki tariximizin ən sevincli günlərini yaşayırıq, düşmən üzərində Qələbə çalırıq. Bütün Azərbaycan xalqı "İlhamla irəli!” deyir və mən də Sizi şeirimlə təbrik edirəm:

Hüquq-ədalət taxtıdır,

Zəfər İlhamın haqqıdır,

Məhz indi qisas vaxtıdır,

Cənab Ali Baş Komandan!

Vəsiyyət öndər Atadan,

Qurtar bizi bu xatadan.

Hücumda atlın, piyadan,

Cənab Ali Baş Komandan.

Ordumda Mübariz çoxdur,

Düşmənin gözünə oxdur.

Əmrindəyik hər bir an.

Uğrunda verərik can!

Cənab Ali Baş Komandan.

Allah Qələbəmizi yaxın eləsin! Eşq olsun Ordumuza!

Hörmətlə,

Salman Mancanzadə

Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi


Geri qayıt