Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın ən yeni tarixi yazılır”
Sentyabrın
27-dən başlayan Azərbaycanın haqq savaşı şanlı Ordumuzun cəbhədə qazandıqları
uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə,
azad etdikləri bir sıra yaşayış məntəqələri ilə hərb tariximizə qızıl hərflərlə
yazılır. Hər gün qazanılan qələbə münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları gündən-günə
daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu saysız-hesabsız
məktublar ünvanlanır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini
yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini
bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda
çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq
dolu növbəti məktubları təqdim edirik. İsmayıl
İsmayılovdan, Möhtərəm
Prezident, cənab Ali Baş Komandan! Bu günlər
sevincimizin həddi-hüdudu yoxdur. Tutduğu mövqedən asılı olmayaraq hər bir
azərbaycanlı kimi mən də Sizin və Milli Ordumuzun əsgəriyəm. 30 il ərzində
göstərdiyiniz səbir, dözüm, siyasi iradə və güclü ordu quruculuğu sayəsində bu
gün Ordumuz zəfər dolu addımlar atır. Bu tarixi günlərimizdə Sizin və
xalqımızın mənən yanında olan, qardaş dəstəyi göstərən dövlətlərə, onların
rəhbərlərinə sonsuz təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi
Azərbaycan xalqı onların bu mənəvi dəstəyini heç vaxt unutmayacaq. Möhtərəm
Prezident, Sizin qətiyyətinizin və Ordumuzun gücü sayəsində bu gün Azərbaycanın
ən yeni tarixi yazılır. Bu sadə bir xronologiya deyil, bir millətin milli
birlik mücəssəməsi, milli kimlik, fəxarət salnaməsidir. Bu gün azərbaycanlı
olmağımızla həmişəkindən daha artıq fəxr edirik. Sizin komandanlığınız altında
aparılan haqlı savaşımızla, igidlərimizin qanı bahasına yenidən qazandığımız
torpaqlarımızın "Vətən daşı” olmaq, o yurdlara sahib çıxmaq haqqımızdan bizi
heç kim məhrum edə bilməz. İnanırıq ki,
Sizin qurub-yaratmaq əzminiz işğaldan azad edilmiş yurdlarımızı gülüstana
çevirəcək. Artıq öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların
yaddaşlarından "qaçqın” sözü silinəcək, onlar öz dədə-baba yurdlarına dönəcək,
sönmüş ocaqları yenidən alovlanacaq, yarımçıq qalan arzuları həyata keçəcəkdir. Möhtərəm
Prezident, bu hissləri yaşatdığınız üçün Sizə, yenilməz Ordumuza nə qədər
təşəkkür etsək də azdır. Bu haqq
savaşında Sizə, Ordumuza və xalqımıza həm döyüş meydanında, həm də dünya siyasi
arenasında yeni qələbələr, nailiyyətlər arzu edirəm. Fikirlərimi bizə bəxş
elədiyiniz qürur dolu anlardan ilhamlanaraq qələmə aldığım bir şeirlə
tamamlamaq istəyirəm: Millətin son
sözü qılınca döndü, Savaş kimə
asan, kimə çətindir. Haqqa göz
yumanın çırağı söndü, Sərkərdəm
qərarlı, Ordum mətindir. Haydı, qoç
igidim, zəfər Sənindir! Boş qalan
yurdlara səfər Sənindir. Bizimki
təhər döy, təhər Sənindir, Bu savaş
haqqındır, ədalətindir! Toplar şahə
qalxıb kəhər at kimi, Bu yol
gözümüzdə bir murad kimi. Şuşaya,
Laçına çat-ha-çat kimi, Millət
karvan-karvan düzülüb indi. Hardadı
"alovlu” çıxışlar edən? Gendən bu
torpağa "baxışlar” edən, Ey sözü
kağızda naxışlar edən, İndi həmən
meydan qətiyyətindir. Ey Şəhid, ey
qazi, bunca dünyada, Yox bundan
uca ad, uca dünyada. Ən güclü
silah da qoca dünyada, Sənin bu
torpağa məhəbbətindir. Dərin hörmət və ehtiramla, İsmayılov İsmayıl Vaqif oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi. Səkinə Məmmədovadan,
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mən və ailəm Sizinlə fəxr edirik. Qürur duyuruq ki, Sizin kimi mərd, igid
dövlət başçımız var.
Allahdan Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər
arzulayırıq. İstəyim budur ki, başladığınız bu şərəfli yolu Qələbə ilə başa
çatdırasınız. Vətənimizi düşmən tapdağından qurtarasınız. Allah bu işdə
yardımçınız olsun.
Vətən, xalq yolunda tutduğunuz yol Sizə uğur versin, cənab Prezident!
Hörmətlə,
Məmmədova Səkinə Məmməd qızı,
Azərbaycan Respublikası, Qazax şəhəri.
Facebook-da paylaş