• Təqvim

  • Maraq



Prezidentə yazırlar: “Siz hər bir azərbaycanlı ailəsinin üzvüsünüz. Ata-analarımıza oğul, körpələrimizə əmi-dayı, bizlərə isə qardaşsız”


Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı və bu savaşda şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr, azad etdikləri bir sıra yaşayış məntəqələri hər bir ölkə vətəndaşının ürəyini dağa döndərir. Hər gün qazanılan qələbə sevinc göz yaşlarına səbəb olur. Böyük zəfəri fərəh hissi ilə qarşılayan soydaşlarımız qələbələr münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə saysız-hesabsız məktublar ünvanlayır, sevinclərini ürək sözləri ilə çatdırırlar. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda qeyd edirlər. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Əsəd Məcidovdan, 

Hörmətli cənab Prezident,

Siz hər bir azərbaycanlı ailəsinin üzvüsünüz. Ata-analarımıza oğul, körpələrimizə əmi-dayı, bizlərə isə qardaşsız.

Sizə həsr etdiyim şeiri icazənizlə təqdim edirəm:

Aldız üstünüzə Baş Komandanlığı,

Lələ təpə oldu düşmənə göz dağı.

Ucaltdız göylərə üçrəng bayrağı,

Qardaşım, azad et, ana torpağı!

Hünərlə yaratdın Bakı-Tbilisi-Qarsı,

Böyük Türk aləminin iki qardaşı,

Allahım qorusun İlhamı, Ərdoğanı,

Olun bir-birinin arxa-dayağı.

Gərək azad olsun türkün torpağı,

Qovulsun yurdumdan bu nankor yağı,

Qardaşlar, qaytarın o Qarabağı,

Azad eləyin siz, ana torpağı.

Allah, nəzərindən salma Qazaxı,

Əsəd də kəsəcək bir qurbanlığı,

Müdrik siyasətlə al Qarabağı,

Azad et, azad et, ana torpağı!

Hörmətlə,

Məcidov Əsəd Qəməd oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.



Facebook-da paylaş