Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Ali Baş Komandan, Sizə, müzəffər Ordumuza güvənirik. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır” -

“Cənab Ali Baş Komandan, Sizə, müzəffər Ordumuza güvənirik. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır” -


4-11-2020, 17:20


27 sentyabrdan başlayan haqq savaşımız hər gün yeni qələbələrlə, zəfərlərlə hərb tariximizə və yaddaşlara yazılır. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu döyüşdə bu gün düşmənlə yanaşı, bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görür. Şanlı ordumuz öz gücünü, nəyə qadir olduğunu cəbhədə qazandıqları uğurlar, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələr və azad etdikləri bir sıra yaşayış məntəqələri ilə göstərirlər. Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu məktublardan da görmək olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Ayişən Alcanovadan, 

Müzəffər Ali Baş Komandan.

Siz öz müdrik siyasətinizlə Azərbaycanın müasir, şanlı tarixini yenidən yazırsınız. Bütün dünyaya gücümüzü göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Azərbaycanın harasından olmağımıza baxmayaraq, ürəyimiz Qarabağda döyünür. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli Ordumuza uğurlar arzulayırıq. Şəhidlərimizin və Vətənə mərd, igid oğullar böyütdüyü üçün şəhid analarının qarşısında baş əyirik. Allah Ordumuza güc-qüvvət versin. Sizə, müzəffər Ordumuza güvənirik. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır. Sizinlə qürur duyuruq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ayişən Alcanova

Azərbaycan Respublikası, Qazax rayonu.


Nurlanə Əhmədlidən

Əziz Prezidentimiz.

Sizi salamlayıram. Sizə bu çətin, lakin şərəfli işinizdə böyük uğurlar arzulayıram. Biz Sizinlə fəxr edirik. Doğma torpaqlarımızı erməni işğalçılarından təmizlədiyiniz üçün Sizə və qəhrəman Ordumuzun bütün əsgər və zabit heyətinə minnətdarlığımızı bildiririk.

Bu 30 ildə xain düşmən bizim torpaqlarımızda at oynatdı, indi isə burunları yaxşı qırılır. Biz Sizə və Azərbaycanın şücaətli Ordusuna güvənirik. Başa düşürük ki, döyüş olan yerdə, şəhid də olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ön cəbhədə düşmənə qarşı cəsarətlə savaşan əsgərlərimizə isə güc-qüvvət versin.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nurlanə Əhmədli

Azərbaycan Respublikası, Qazax şəhəri.


Səidə Eyubovadan, 

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Mən bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm, qürur duyuram.

Cənab Prezident, Sizin Komandanlığınızla güclü, cəsarətli, qorxmaz, yenilməz Ordumuzun gücü ilə düşmən əsarətindən xilas edilən torpaqlarımız münasibətilə Sizi, güclü Ordumuzu təbrik edirəm.

Əminik ki, tezliklə bütün torpaqlarımız düşmən işğalından azad olunacaq, üçrəngli Bayrağımız bütün Qarabağda dalğalanacaqdır.

Torpaqlarımızda olan qədim abidələrimiz, gözəl guşələrimiz Sizin sayənizdə yenidən bərpa ediləcək. Köçkün həyatı yaşayan soydaşlarımız yenidən gözəl havası, suyu, hər qarışı qiymətli olan doğma torpaqlarına qayıdacaqlar.

Uca Tanrıdan bu torpaq uğrunda canından keçən əsgərlərimizə, hərbçilərimizə rəhmət diləyirəm. Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərimiz Azərbaycan xalqının qan yaddaşı, qürur yeridir!

Otuz ildən sonra torpaqlarımız Sizin və mətin Ordumuzun sayəsində erməni cəlladlarından azad edilir. Bu, bir tarixdir. Bu tarixi gələcəyimiz olan uşaqlar oxuyacaq. Bu tarixdə Sizin, Ordumuzun uğurları və nailiyyətləri Vətən, torpaq, xalq uğrunda canından keçən şəhidlərimizdən bəhs ediləcək.

Cənab Prezident, Sizin qətiyyətli fikirləriniz, çıxışlarınız Azərbaycan xalqına uşaqdan böyüyədək qürur verir.

Yaşasın Azərbaycan! Gündən-günə ucalsın torpaqları ilə, sərvətləri ilə.

Xalq Sizinlədir! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Səidə Eyubova

Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.


Geri qayıt