Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin hər çıxışınıza baxdıqca, xarici ölkə jurnalistlərinə verdiyiniz dəqiq və tutarlı cavabları dinlədikcə fəxr hissi keçirirəm”
Bu
gün təkcə düşmən deyil, eyni zamanda, bütün dünya dövlətləri Azərbaycanın və onun
şanlı ordusunun gücünü, qüdrətini izləyir. Azərbaycanın sentyabrın 27-dən
başlayan haqq savaşında şanlı Ordumuzun cəbhədə
qazandıqları uğurları, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələri,
Vətən oğullarının azad etdikləri bir sıra yaşayış məntəqələrini könül xoşluğu,
fərəh hissi ilə qarşılayan hər kəs bütün bunlara görə ölkə Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını
bildirirlər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbə zəfərləri
münasibətilə ölkə başçısına ünvanlanmış minnətdarlıq məktublarının sayı isə
gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu məktublar
yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan
Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini
bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda
çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq
dolu növbəti məktubu təqdim edirik. Qəmər
Qocayevadan, Müzəffər
Ali Baş Komandan. Sizin rəhbərliyinizlə Ordumuzun igidləri düşmən
tapdağı olan torpaqlarımızı azad edərək, torpaq həsrətli neçə-neçə
insanlarımızı yurd-yuvalarına qovuşdurur. Bu haqq yolunda uğurla apardığınız
mübarizədə Sizə böyük təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki,
Azərbaycanımıza Siz rəhbərlik edirsiniz. Qələbələriniz bol olsun. Dualarımız
Sizinlə və şanlı, yenilməz Ordumuzladır. Hörmətli Prezidentim, Sizin hər çıxışınıza baxdıqca,
xarici ölkə jurnalistlərinə verdiyiniz dəqiq və tutarlı cavabları dinlədikcə
fəxr hissi keçirirəm. Allahın kölgəsi və mərhəməti Sizin və rəşadətli Ordumuzun
üzərində olsun. Qarabağ Azərbaycandır! Hörmətlə, Qəmər Qocayeva Azərbaycan Respublikası, Qazax şəhəri.
Facebook-da paylaş