Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizin hər çıxışınıza baxdıqca, xarici ölkə jurnalistlərinə verdiyiniz dəqiq və tutarlı cavabları dinlədikcə fəxr hissi keçirirəm”

“Cənab Prezident, Sizin hər çıxışınıza baxdıqca, xarici ölkə jurnalistlərinə verdiyiniz dəqiq və tutarlı cavabları dinlədikcə fəxr hissi keçirirəm”


2-11-2020, 17:20


Bu gün təkcə düşmən deyil, eyni zamanda, bütün dünya dövlətləri Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini izləyir. Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurları, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələri, Vətən oğullarının azad etdikləri bir sıra yaşayış məntəqələrini könül xoşluğu, fərəh hissi ilə qarşılayan hər kəs bütün bunlara görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildirirlər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbə zəfərləri münasibətilə ölkə başçısına ünvanlanmış minnətdarlıq məktublarının sayı isə gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik. 

Qəmər Qocayevadan, 

Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Ordumuzun igidləri düşmən tapdağı olan torpaqlarımızı azad edərək, torpaq həsrətli neçə-neçə insanlarımızı yurd-yuvalarına qovuşdurur. Bu haqq yolunda uğurla apardığınız mübarizədə Sizə böyük təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycanımıza Siz rəhbərlik edirsiniz. Qələbələriniz bol olsun. Dualarımız Sizinlə və şanlı, yenilməz Ordumuzladır.

Hörmətli Prezidentim, Sizin hər çıxışınıza baxdıqca, xarici ölkə jurnalistlərinə verdiyiniz dəqiq və tutarlı cavabları dinlədikcə fəxr hissi keçirirəm. Allahın kölgəsi və mərhəməti Sizin və rəşadətli Ordumuzun üzərində olsun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qəmər Qocayeva

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt