Prezidentə yazırlar: “Müzəffər Ali Baş Komandan, mənfur düşməni torpaqlarımızdan qovduğunuza və xalqımıza Qələbə sevinci yaşatdığınıza görə Sizə minnətdarıq”
27 sentyabrdan başlayan Qarabağ adlı haqq savaşımız 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Həmin tarixi andan sayılı günlər arxada qalmasına baxmayaraq xalqımız həmin Qələbənin sevincini bu gün də yaşayır. Haqq savaşımızda bizlərə böyük zəfəri bəxş edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan Ordusunun əsgər və zabitlərini qürur hissi ilə xatırlayırlar. 44 günlük döyüşdə düşmənlə yanaşı, bütün dünya dövlətlərinin Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görməsini ölkəmizin növbəti uğuru kimi qiymətləndirirlər. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər.
Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik.
Tanya Muradovadan,
Hörmətli cənab Prezident.
Sizə öz təşəkkürümüzü və dəstəyimizi bildiririk. Sizə gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin xalqımıza və millətimizə göstərdiyiniz qayğı, diqqət təqdiyəlayiqdir. Hazırda çox çətin bir dövr olduğunu hamı anlayır. Siz həm koronavirus pandemiyası, həm də xain düşmənlə mübarizə aparırsınız. İkisinin də öhdəsindən layiqincə gəldiniz. Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz Sizə inanırıq və həmişə inanacağıq.
Hörmətlə,
Tanya Muradova
Azərbaycan Respublikası, Qazax rayonu.
Bəhruz Rəhimovdan,
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mənfur düşməni torpaqlarımızdan qovduğunuza görə, xalqımıza Qələbə sevinci yaşatdığınıza görə Sizə minnətdarıq.
Sizin komandanlığınızla torpaqlarımız bütövləşdi.
Məqsədyönlü və uzaqgörən daxili və xarici siyasətinizdə Sizə bol-bol uğurlar arzulayıram. Əminəm ki, rəhbərliyinizlə Azərbaycan bundan sonra daha da inkişaf edəcəkdir.
Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Bəhruz Rəhimov
Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.
Facebook-da paylaş