Vətəndaş məktubundan: “Cənab Prezident, Sizi və xalqımızı “Qarabağ Azərbaycandır!” deyərək düşmən üzərində qazanılan möhtəşəm, şanlı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm
Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.
Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da oxumaq olur.
Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubu təqdim edirik.
Gülnar Əmrahovadan,
Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.
Mən Sizi və xalqımızı "Qarabağ Azərbaycandır!” deyərək düşmən üzərində qazanılan möhtəşəm, şanlı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Hörmətli cənab Prezident, mənim atam 1970-1981-ci illərdə Şuşa şəhərində çalışıb. Mənim uşaqlıq illərim orada keçib. Xocalı faciəsi xəbərini eşidən zaman atam iş yerində bu ağır dərdə dözə bilməyib dünyasını dəyişdi. Bu hadisə ailəmiz üçün böyük zərbə oldu. Bu gün Siz bizim yaramıza su səpdiniz. Bizim ailəmizə və xalqımıza Şuşa sevincini, Qarabağ sevincini yaşatdığınıza və 30 illik həsrətə son qoyduğunuza görə Sizə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun! Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Gülnar Əmrahova
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikası, Qazax rayonu.
22 noyabr 2020-ci il
Facebook-da paylaş