• Təqvim

  • Unutma

  • Maraq



Prezidentə yazırlar: “Cənab Prezident, bu şərəfli tarixi günləri bizə yaşatdığınıza görə Sizə və rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk”


Yeganə Göyüşlüdən, 

Möhtərəm cənab Prezident.

Sizi və xalqımızı möhtəşəm Qələbəmiz münasibətilə təbrik edirik. Bu şərəfli tarixi günləri bizə yaşatdığınıza görə Müzəffər Ali Baş Komandana - Sizə və rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.

Yeni ilin yanvarın 14-15-də Sizin ölkəmizin mədəniyyət paytaxtı elan etdiyiniz Şuşa şəhərinə Mehriban xanım və Leyla xanımla birlikdə səfəriniz Zəfər günümüz qədər müqəddəs və şərəfli tarixi gün oldu. Bu günün yaxşı mənada həyəcanını biz də vizual olaraq yaşadıq. Saatlı məscidindəki görüntüləri biz də dua oxuyaraq izlədik. Bu gün sevə-sevə izlədiyimiz işğaldan azad olunmuş torpaqlara səfərlərin çəkilişləri bizlər və gələcək nəsillər üçün qiymətli tarixi salnamədir ki, hələ çox davamı olacaq. Qarabağın Xan qızının haqqı idi ki, o torpaqlarda ziyarət ediləcək məkanı olsun.

Cənab Prezident, Siz o haqqı təmin etdiniz və Xurşidbanu Natəvanın əllərinə toxunaraq halallıq etdiniz.

Yaşadığımız acılara, qazi və şəhidlərimizin olmasına baxmayaraq biz xoşbəxt xalqın nümayəndələriyik. Xoşbəxtik ki, Sizinləyik.

Qarabağ Azərbaycandır! Biz bu torpaqlarda əbədi yaşayacağıq! Qoy, Azərbaycan əbədi olsun! Qoy, bayrağımız tarixi və əzəli torpaqlarımızda daima dalğalansın!

Var olsun Müzəffər Ali Baş Komandanımız! Var olsun şanlı Azərbaycan Ordusu!

Dərin hörmətlə,

Yeganə Göyüşlü,

YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri.

Azərbaycan Respublikası, Qazax rayonu. 



Facebook-da paylaş