• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: ”Biz çox şadıq ki, Ulu Öndər Heydər Əliyevin siyasəti Sizin tərəfinizdən layiqincə davam etdirilir”


Nüşabə Xəyalovadan, 

Hörmətli cənab Prezident.

İşğal altındakı torpaqlarımızı Sizin sayənizdə və əsgərlərimizin gücü ilə azad etdiyimizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm.

Biz çox şadıq ki, Ulu Öndər Heydər Əliyevin siyasəti Sizin tərəfinizdən layiqincə davam etdirilir. Azərbaycan inkişaf yolundadır, bölgələrimiz abadlaşır, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Sizin diqqətiniz sayəsində hər bir bölgəmiz kimi, Qazax rayonuna da gözəllik bəxş olunub.

Cənab Prezident, Sizə "Çox sağ olun!” deyir, bir daha minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Xəyalova Nüşabə.

Azərbaycan Respublikası, Qazax şəhəri. 



Facebook-da paylaş