Qazaxlı şəhid atası onlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edir
Zakir Məmmədovdan,
Hörmətli
Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi
rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbə münasibətilə təbrik
edirəm. Mən şəhid Məhəmməd Zakir oğlu Məmmədovun atasıyam. Sizin qətiyyətli
mövqeyiniz və möhkəm iradəniz sayəsində qəhrəman övladlarımızın qanı yerdə
qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sizin şəhid
ailələrinə və qazilərimizə olan böyük diqqət və qayğınızı biz həmişə hiss
edirik. Çox sağ olun ki, bizim hər bir problemimizin həll olunmasında Siz və
Sizin yerlərdəki nümayəndələriniz yaxından köməklik göstərirsiniz. Buna görə
Sizə ailəm və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi
qorusun!
Hörmətlə,
Məmmədov
Zakir Məhəmməd oğlu, şəhid atası.
Azərbaycan
Respublikası, Qazax rayonu, Alpout kəndi.
25 yanvar
2021-ci il
Facebook-da paylaş