• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Siz xalqın əziz dövlət başçısı, müzəffər sərkərdəmiz, gözəl ailə başçısı, nümunəvi insansınız”


Aynurə Qarasaqqalovadan, 

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Siz xalqın əziz dövlət başçısı, müzəffər sərkərdəmiz, gözəl ailə başçısı, nümunəvi insansınız.

Bu şərəfli günlərdə Sizi və Sizinlə bərabər şəhid analarını, ailələrini Qələbə münasibətilə təbrik edirəm. Şəhidlərimizin ruhu şad, yeri nur, məkanı cənnət olsun. Allah şəhid analarına səbr versin.

Əziz Prezidentimiz, Sizin kimi xeyirxah, alicənab, uzaqgörən, ən vacibi, ağıllı, savadlı dövlət başçısını dinləməklə doymaq olmur. Siz xalqa müraciət edəndə hər birimiz Sizi bağrımıza basmaq istəyirik.

Bu gözəl günləri bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi bizə çox görməsin. Bu sevincimiz əbədi və daimi olar, İnşallah.

Mənfur və şər qüvvələr, xalqımıza pislik, faciələr yaşatmış ermənilər yəqin ki, Sizin və ordumuzun dəmir biləklərini, güclü yumruğunu, dəqiq zərbəsini unutmazlar.

Bir daha bu gözəl Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edir, Sizə minnətdarlığımı bildirirəm.

9 noyabr mənim oğlumun ad günüdür. Həmin günlər sevinc sevincə, bayram bayrama qarışdı. Bir daha deyirəm, nə yaxşı ki, bizim Prezidentimizsiniz!

Hörmətlə,

Aynurə Qarasaqqalova

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş