Vətəndaş məktubundan: “Cənab Ali Baş Komandan, Sizinlə fəxr edirik. Siz yeni tariximizin güclü sərkərdəsi, şanlı tariximizin Qarabağ fatehisiniz”
Mehman Carçıyevdən, Hörmətli
Prezident, cənab Ali Baş Komandan! İlk öncə Sizi öz adımdan, Qazax-Qarabağ
müharibəsi qaziləri adından Vətən müharibəsində qazandığımız Qələbə
münasibətilə təbrik edirəm. Cənab Prezident, Siz Ulu Öndərimizin layiqli
davamçısı, xalqımızın hər zaman inanc yeri oldunuz. Xalq olaraq hər zaman Sizin
qayğınızı, dövlətimizin himayəsini hiss etdik və bu, bizi sevindirir. Bu
qazandığımız Qələbə bir daha bizə haqq verir dünyaya bəyan edək ki, bizim İlham
Əliyev kimi uzaqgörən liderimiz var, Azərbaycan kimi qüdrətli dövlətimiz var.
Cənab Ali Baş Komandan, Sizinlə fəxr edirik. Siz yeni tariximizin güclü
sərkərdəsi, şanlı tariximizin Qarabağ fatehisiniz. Mən və bütün Qazax-Qarabağ
müharibəsi qaziləri Sizin yanınızdayıq, daim Sizin əmrinizdəyik. Cənab
Prezident, bütün bunlarla yanaşı, Qazax şəhər sakini olaraq şəhərimizdə və
xüsusən cəbhəyanı kəndlərdə görülən abadlıq-quruculuq işləri üçün də Sizə
məxsusi minnətdarlığımı bildirirəm. Hətta müharibənin şiddətli getdiyi bir
dövrdə belə cəbhəyanı rayonumuzda abadlıq-quruculuq işləri bir gün belə
ləngimədi. Əksinə, rayonumuz, hətta düşmənlə sərhəd cəbhə kəndlərimiz də
gözəlləşdi, abadlaşdı. Mən Qazax rayon Səhiyyə Təşkilatının mülki müdafiə qərargah
rəisiyəm. İşimlə bağlı bu son günlərdə daim cəbhə kəndlərində olurdum.
Dövlətimizin, Prezidentimizin diqqətini hiss etdik və bu bizi sevindirdi, bizdə
ruh yüksəkliyi yaratdı. Bir daha Sizi təbrik edir, Sizə təşəkkür edirəm.
Qarabağ Qazisi Carçıyev Mehman David oğlu. Hörmətlə, Carçıyev
Mehman David oğlu. Azərbaycan
Respublikası, Qazax rayonu.
Facebook-da paylaş