• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlıların ölkə Prezidentinə və şanlı Azərbaycan Ordusuna olan güvəni tamdır


Ceyhun Rəhimovdan,

Hörmətli cənab Prezident.

Sizin bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur.

Hər bir azərbaycanlı kimi, mənim də müqəddəs borcumdur ki, öz torpaqlarımı erməni işğalçılarından qoruyum. II qrup Qarabağ müharibəsi əlili olduğuma baxmayaq, hər zaman Sizin bir çağırışınızla döyüşlərdə iştirak etməyə tam hazıram.

Hörmətlə,

Ceyhun Rəhimov

II qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.


Fərid Sadıqovdan, 

Hörmətli Ali Baş Komandan.

Qazax gəncləri adından Qarabağ münaqişəsinin həllində göstərdiyiniz qətiyyətə görə Sizə minnətdarlığımı bildirirəm. Mənfur düşmənlə sərhəddə yaşayan Qazax gəncləri olaraq Sizi daim dəstəkləyirik. Şanlı Azərbaycan Ordusuna güvənimiz tamdır. Həmçinin öz torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Bir Azərbaycan gənci kimi, Sizə bildirmək istərdim ki, mən də daxil olmaqla bütün qazaxlılar Sizin arxanızdayıq. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Fərid Sadıqov

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.


Rəhim Həsənovdan,

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin qətiyyətli, müdrik və cəsarətli siyasətiniz Azərbaycan xalqını hər zaman uğurlu gələcəyə, parlaq qələbəyə doğru aparıb. Biz gənclər Sizin və Ordumuzun ətrafında sıx birləşmişik, xalqımızın gələcəyi naminə verdiyiniz hər bir qərarı və atdığınız hər bir addımı dəstəkləyirik. Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun igidliyi və şücaəti nəticəsində yaxın günlərdə ən böyük qələbəyə nail olacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Biz Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Rəhim Həsənov

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş