Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Ali Baş Komandan, Sizinlə fəxr edirik. Siz yeni tariximizin güclü sərkərdəsi, şanlı tariximizin Qarabağ fatehisiniz”

“Cənab Ali Baş Komandan, Sizinlə fəxr edirik. Siz yeni tariximizin güclü sərkərdəsi, şanlı tariximizin Qarabağ fatehisiniz”


20-11-2020, 18:46

Mehman Carçıyevdən,

Hörmətli Prezident, cənab Ali Baş Komandan! İlk öncə Sizi öz adımdan, Qazax-Qarabağ müharibəsi qaziləri adından Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə təbrik edirəm. Cənab Prezident, Siz Ulu Öndərimizin layiqli davamçısı, xalqımızın hər zaman inanc yeri oldunuz. Xalq olaraq hər zaman Sizin qayğınızı, dövlətimizin himayəsini hiss etdik və bu, bizi sevindirir. Bu qazandığımız Qələbə bir daha bizə haqq verir dünyaya bəyan edək ki, bizim İlham Əliyev kimi uzaqgörən liderimiz var, Azərbaycan kimi qüdrətli dövlətimiz var. Cənab Ali Baş Komandan, Sizinlə fəxr edirik. Siz yeni tariximizin güclü sərkərdəsi, şanlı tariximizin Qarabağ fatehisiniz. Mən və bütün Qazax-Qarabağ müharibəsi qaziləri Sizin yanınızdayıq, daim Sizin əmrinizdəyik. Cənab Prezident, bütün bunlarla yanaşı, Qazax şəhər sakini olaraq şəhərimizdə və xüsusən cəbhəyanı kəndlərdə görülən abadlıq-quruculuq işləri üçün də Sizə məxsusi minnətdarlığımı bildirirəm. Hətta müharibənin şiddətli getdiyi bir dövrdə belə cəbhəyanı rayonumuzda abadlıq-quruculuq işləri bir gün belə ləngimədi. Əksinə, rayonumuz, hətta düşmənlə sərhəd cəbhə kəndlərimiz də gözəlləşdi, abadlaşdı. Mən Qazax rayon Səhiyyə Təşkilatının mülki müdafiə qərargah rəisiyəm. İşimlə bağlı bu son günlərdə daim cəbhə kəndlərində olurdum. Dövlətimizin, Prezidentimizin diqqətini hiss etdik və bu bizi sevindirdi, bizdə ruh yüksəkliyi yaratdı. Bir daha Sizi təbrik edir, Sizə təşəkkür edirəm. Qarabağ Qazisi Carçıyev Mehman David oğlu.

Hörmətlə,

Carçıyev Mehman David oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt