Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxlı şəhid atası onlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edir

Qazaxlı şəhid atası onlara göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edir


26-01-2021, 10:17


Zakir Məmmədovdan, 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbə münasibətilə təbrik edirəm. Mən şəhid Məhəmməd Zakir oğlu Məmmədovun atasıyam. Sizin qətiyyətli mövqeyiniz və möhkəm iradəniz sayəsində qəhrəman övladlarımızın qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sizin şəhid ailələrinə və qazilərimizə olan böyük diqqət və qayğınızı biz həmişə hiss edirik. Çox sağ olun ki, bizim hər bir problemimizin həll olunmasında Siz və Sizin yerlərdəki nümayəndələriniz yaxından köməklik göstərirsiniz. Buna görə Sizə ailəm və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədov Zakir Məhəmməd oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Qazax rayonu, Alpout kəndi.

25 yanvar 2021-ci il


Geri qayıt