Vətəndaş məktubundan: “Cənab Prezident, xalqımızı xalqlar içərisində ucaltdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”
Xətayə
Yaqubovadan, Möhtərəm cənab Prezident. Son illər ərzində respublikamızın hər bir bölgəsi
kimi, Qazax rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Rayonumuzun bugünkü siması əhalini razı salır. Elektrik enerjisi, təbii qaz və
su ilə təminat yaxşılaşdırılmış, yeni yollar salınmış, bir sözlə əhalinin
güzəranı yaxşılaşdırılmışdır. Ötən il Sizin və əsgərlərimizin sayəsində Zəfər
sevinci yaşadıq. Xalqımız hazırda Zəfər gününün ildönümü ərəfəsində ötən
günləri bir daha xatırlayır, yenidən qürur hissi keçirirlər. Cənab Prezident, xalqımızı xalqlar içərisində
ucaltdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Uğurlarınız bol olsun. Hörmətlə, Xətayə Yaqubova Azərbaycan Respublikası, Qazax rayonu, Qarapapaq
kəndi. 3 noyabr
2021-ci il
Facebook-da paylaş