Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Cənab Prezident, xalqımızı xalqlar içərisində ucaltdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”

Vətəndaş məktubundan: “Cənab Prezident, xalqımızı xalqlar içərisində ucaltdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”


3-11-2021, 17:40


Xətayə Yaqubovadan, 

Möhtərəm cənab Prezident.

Son illər ərzində respublikamızın hər bir bölgəsi kimi, Qazax rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Rayonumuzun bugünkü siması əhalini razı salır. Elektrik enerjisi, təbii qaz və su ilə təminat yaxşılaşdırılmış, yeni yollar salınmış, bir sözlə əhalinin güzəranı yaxşılaşdırılmışdır.

Ötən il Sizin və əsgərlərimizin sayəsində Zəfər sevinci yaşadıq. Xalqımız hazırda Zəfər gününün ildönümü ərəfəsində ötən günləri bir daha xatırlayır, yenidən qürur hissi keçirirlər.

Cənab Prezident, xalqımızı xalqlar içərisində ucaltdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Uğurlarınız bol olsun.

Hörmətlə,

Xətayə Yaqubova

Azərbaycan Respublikası, Qazax rayonu, Qarapapaq kəndi.

3 noyabr 2021-ci il


Geri qayıt