Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub
2020-ci
ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində
qazandığımız şanlı Zəfər Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl
hərflərlə əbədi həkk olundu. Tarixi Qələbəni, möhtəşəm Zəfəri bizlərə bəxş
edənlər isə heç zaman unudulmayacaq. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi
bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə
yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti
olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi
zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən
hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və
müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin
fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və
sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha
nümayiş etdirdilər. Dövlətimizin
başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı
aparırdı. Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı
Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Yürüşdə
iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin
3000 nəfərdən çox kursant və hərbi qulluqçusu isə Vətən müharibəsi şəhidlərinin
fotolarından ibarət plakatları əllərində tutaraq igid oğullarımıza olan
ehtiramlarını bildirdilər. Respublikamızın
hər yerindən olduğu kimi, Qazaxın 50 nəfər igid oğlu da 44 günlük Vətən
müharibəsində Şəhidlik zirvəsinə ucalaraq qanları ilə şanlı tarix yazdılar.
Torpaqlarımızın ərazi bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin "Dəmir
yumruğ”u ətrafında sıx birləşərək şirin canlarından keçdilər. Anım
Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə
nümayiş etdirilən həmin plakatlar şəhidlərimizin ailələrinə təqdim olunur. Noyabrın
11-də Qazax Rayon
İcra Hakimiyyəti başçısı aparatında
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov daha 4 şəhidimizin evində olub, şəhidlərimizin
fotoları əks olunmuş plakatları sahiblərinə çatdırıb. S.Çobanov Vətən uğrunda Şəhidlik
zirvəsinə yüksələn bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir
diləyib. 44 günlük Vətən müharibəsindən söz açaraq Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında həmin müharibədə qəhrəman oğullarımızın hərb
tariximizdə şanlı salnamə yazdıqlarını bildirib. İllər ötsə belə Vətən
müharibəsinin başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd
həsrətinə son qoyan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin
heç zaman unudulmayacağını, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə
örnək olacağını qeyd edib. Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə
razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman
fəxr edəcəklərini söyləyiblər. Anım Günü ilə bağlı təşkil olunmuş yürüşü, həmin
yürüşdə şəhidlərimizin fotolarından ibarət plakatların nümayiş etdirilməsini
övladlarının xatirəsinə olan böyük ehtiram kimi qiymətləndiriblər. Ölümündən
sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına
görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini,
şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlu Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni,"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad
olunmasına görə”, "İgidliyə
görə” medalları
ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal
Şahin oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,
"Füzulinin azad olunmasına görə” medalları
ilə təltif olunmuş,
Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev
Merik Musa oğlu Ölümündən sonra "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş,
Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsi GOYEZEN.AZ
Facebook-da paylaş