Qazaxda gənclər Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi
qeyd olundu. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına
əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin
ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
olan dərin ehtiramın ifadəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin
Anım Günü Qazaxda rayon gəncləri tərəfindən də qeyd olunub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Qazax nümayəndəliyinin könüllüləri, rayon gəncləri 27 sentyabr - Anım Günü ilə əlaqədar Vətən
müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış və bu gün açılışı olan Abidə Kompleksini
ziyarət ediblər. Gənclər abidə önünə tər qərənfillər düzərək şəhidlərimizin
əziz xatirəsini ehtiramla anıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş