Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Ənənəsinə sadiq qalan Mərkəzin əməkdaşları 27 sentyabr - Anım Günü ərəfəsində də şəhidlərimizi yad etməyi unutmayıblar.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmış Çaylı və Bala Çaylı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər.
Çaylı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuş ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun, ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medallarıilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarlarını ziyarət edərək tər qərənfillər düzüb, əklil qoyublar. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyiblər. Azərbaycan xalqı var olduqca, şəhidlərimizin əziz xatirəsinin daim yad olunacağını qeyd ediblər.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. G.Rəhimova qeyd edib ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunmasında məqsəd həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.
Şəhidlərimizin xatirəsinə olan ehtiramı özündə əks etdirən tədbirdə Mərkəzin dərnək üzvləri tərəfindən Vətən uğrunda canından keçən igid oğullarımıza həsr olunmuş şeirlər səsləndirilib. Qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla bir daha yad olunub. Tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuz qeyd edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş