• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsinin şəhidi leytenant Mayis Yaqubovun və şəhid Süleyman Süleymanovun məzarlarını ziyarət ediblər


Vətən müharibəsi!. 27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.

Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar.  


Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun və 2017-ci ildə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid əsgər Süleymanov Süleyman Elçin oğlunun məzarlarıziyarət ediblər.Şəhidlərimizin məzarlarına gül dəstələri qoyularaq ruhlarına dualar oxunub.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev bildirib ki, 44 günlük Vətən müharibəsidünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu, hərbçilərimizin döyüşlərdəki peşəkarlığını, qəhrəmanlığını və məharətini göstərdi.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, İdarənin könüllüsü Şəhadət Abbasov Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunduğunu və 30 illik həsrətə son qoyulduğunu söyləyiblər. Qələbə, Zəfər dolu anları bu gün də qürur hissi ilə xatırladıqlarını qeyd ediblər.   

 "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun şəhid əsgər Süleymanov Süleyman Elçin oğlunun məzarları










Facebook-da paylaş