Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə nümayiş etdirilən plakatlar ailələrinə təqdim olunub
Hər
kəsə yaxşı məlumdur ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü
uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki
vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq
sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənc
kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti
tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində
qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla
yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi,
şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Dövlətimizin
başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı
aparırdı. Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı
Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Yürüşdə
iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı qarnizonunda yerləşən hərbi hissələrin
3000 nəfərdən çox kursant və hərbi qulluqçusu isə Vətən müharibəsi şəhidlərinin
fotolarından ibarət plakatları əllərində tutaraq igid oğullarımıza olan
ehtiramlarını bildirdilər. Respublikamızın
hər yerindən olduğu kimi, Qazaxın 50 nəfər qəhrəman oğlu da 44 günlük Vətən
müharibəsində Şəhidlik zirvəsinə ucalaraq qanları ilə şanlı tarix yazdılar.
Torpaqlarımızın ərazi bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin "Dəmir
yumruğ”u ətrafında sıx birləşərək şirin canlarından keçdilər. Anım
Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan yürüşdə
nümayiş etdirilən həmin plakatlar şəhidlərimizin ailələrinə təqdim olunur. 19-20
oktyabr tarixlərində Qazax Rayon
İcra Hakimiyyəti başçısı aparatında
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi
kapitan Samir Çobanov və həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli
şəhidlərimizin evlərində olub, fotoları əks olunmuş plakatları sahiblərinə
çatdırıblar.
Vətən uğrunda Şəhidlik zirvəsinə
yüksələn bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. 44
günlük Vətən müharibəsindən söz açaraq Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında həmin müharibədə qəhrəman oğullarımızın hərb tariximizdə
şanlı salnamə yazdıqlarını bildiriblər. İllər ötsə belə Vətən müharibəsinin
başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd həsrətinə son qoyan
igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman
unudulmayacağını, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə örnək
olacağını qeyd ediblər. Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə
razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman
fəxr edəcəklərini söyləyiblər. Anım Günü ilə bağlı təşkil olunmuş yürüşü,
həmin yürüşdə şəhidlərimizin fotolarından ibarət plakatların nümayiş
etdirilməsini övladlarının xatirəsinə olan böyük ehtiram kimi
qiymətləndiriblər. Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər
sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlu Ölümündən sonra "Vətən
uğrunda”, "Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir
Abdullayev Sərxan Elxan oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər
sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar
oğlu
Ölümündən sonra "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlu Ölümündən sonra cənab"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”,
"Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev
Adil Qədir oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar
oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlu
Ölümündən sonra "Vətən
uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan
Pənahov Rövşən Mahmud oğlu Ölümündən
sonra "Qarabağ” ordeni, "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant
Hüseynov Nəbi Hacıbala oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”,
"Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci
Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın
azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad
olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş,
Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək
Saleh oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın
azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Yuxarı
Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd
sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlu
Ölümündən
sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant
Yaqubov Mayis Rəhim oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş,
Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlu Ölümündən sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına
görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov
İsmayıl Nəbi oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Hərbi
xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına
görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər
Allahverdiyev Sakit Şahin oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş,
Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlu Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad
olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli
kənd sakini, şəhid çavuş Pənahov Elməddin
Məqsəd oğlu Ölümündən
sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif
olunmuş, Ürkməzli kənd sakini, şəhid
gizir Şükürov İlkin Aslan oğlu Ölümündən
sonra "Qarabağ” ordeni, "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”,
"Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlu Ölümündən
sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Ürkməzli kənd sakini, şəhid (MAHHXHQ) çavuş Kərimov Kamil Ələddin oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”
medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd
Zakir oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd
sakini, şəhid əsgər Daşdəmirov Elfak
Eltun oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif
olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad
olunmasına görə”, "Cəsur döyüşçü” medalları
ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu
Ölümündən sonra "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov
Tahir Niyazi oğlu
Ölümündən sonra 3-cü
dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd
sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı
Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlu
Ölümündən sonra "Vətən uğrunda",
"Xocavəndin azad olunmasına görə", "Laçının
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid
əsgər Əliyev İlkin Bəxtiyar oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına
görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd
sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd
sakini, şəhid çavuş İsgəndərov Pərvin
Pərviz oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur
Nurəddin oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar
kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov
Elməddin Yusif oğlu Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov
Alıxan Əkbər oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları
ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin
Vaqif oğlu
GOYEZEN.AZ
Ölümündən sonra
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun
ailəsi
Facebook-da paylaş