İcra başçısı məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə kənd sakinlərinin müraciətinə yerində baxıb
Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin
yürütdüyü uğurlu dövlət siyasətinin mərkəzində hər zaman vətəndaş amili
dayanır. Həyata keçirilən tədbirlərdə, atılan bütün addımlarda vətəndaş məmnunluğu
əsas götürülür. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, Qazaxda da
vətəndaş mövqeyi hər zaman üstün tutulur. Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri
və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı göstərilir.
Onları narahat edən məsələlərə hər zaman həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı
həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi icra edilir. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz
qalan Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı
Əskipara kənd sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə kənd sakinləri ilə mütəmadi
olaraq görüş keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə
yanaşması bunun bariz nümunəsidir.
İyunun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Rayon Prokuroru Rauf
Gözəlov, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin
rəisi Darvin Hüseynov, 8 nömrəli
Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə
yaşayan bir qrup məcburi köçkünlə görüşüb, onların müraciəti ilə yerində tanış
olub. Vətəndaşların tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə yaradılmış
tullantı sutəmizləyici qurğudan çirkab suyunun axıdılması ilə bağlı müraciətlərini
diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi bu məsələyə də həssaslıqla
baxılacağını bildirib və məsələnin aradan qaldırılması istiqamətində aidiyyatı
üzrə müvafiq tapşırıq verib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən məcburi köçkün ailələrinə
göstərilən dövlət qayğısından danışan rayon
rəhbəri bu qayğının bu gün də ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini
bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan
qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla
yanaşdığını qeyd edib. Qəsəbədə
məskunlaşan Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev onlara göstərilən
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün
ailələri adından minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş