İcra başçısı Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə sakinlərlə görüşüb
Bu gün ölkəmizdə məcburi
köçkünlərə xüsusi qayğı ilə yanaşılır. Ölkə Prezidenti cənab İlham
Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində məcburi
köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqədyönlü
tədbirlər həyata keçirilir. Bütün bölgələrimizdə məskunlaşmış məcburi
köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat
şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır. Ermənistanla 168 km
sərhəddi olan və 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı
Əskipara, Yuxarı Əskipara kimi kəndləri düşmən tərəfindən işğal
olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin ağrı-acılarını uzun
müddətdir ki, yaşayır. Bu gün rayonun 5 kəndi daim düşmən gülləsinin atəşi
altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 287 şəhid verib. Respublikamızın hər yerində
olduğu kimi Qazaxda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını
hər zaman hiss edir. Rayonun işğal altında olan kəndlərinin sakinləri də
Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunub. Rayonun
Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu
diqqət və qayğının bariz nümunəsidir. Bütün infrastrukturlarla tam təmin olunmuş
qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb. Hər kəsə yaxşı məlumdur ki,
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da rəhbər kimi təyin
olunduğu ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına,
əlillərinə, o cümlədən də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşır.
Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları ilə maraqlanır.
Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət
siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Bunu rayon
rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi,
onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması deyilənləri əyani
şəkildə sübut edir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bu gün də Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış
Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı
Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Aşağı Əskipara
kənd sakini Front Həsənov daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd
edərək məcburi köçkünlərə yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident
İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlığını
bildirib. Bütün qəsəbə sakinlərinin minnətdarlıq
dolu ürək sözlərini çatdıran F.Həsənov onları narahat edən qayğılarını da
çatdırıb. O, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün
quraşdırılmış mağarın çadırının yenilənməsini və mağarın üstünə şifer
vurulmasını qeyd edib. Sakinləri dinləyən rayon
rəhbəri qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib və baxılması üçün
aidiyyatı üzrə tapşırıq verib. GOYEZEN.AZ
Facebook-da paylaş