• Təqvim

  • Maraq



İcra başçısı məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə olub


Bu gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mərkəzində hər zaman vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar vətəndaş amilinə söykənir. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, Qazaxda da vətəndaş mövqeyi hər zaman üstün tutulur.

Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı göstərilir. Onları narahat edən məsələlərə hər zaman həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi icra olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı ƏskiparaAşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə olması, mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin həll olunması istiqamətində tapşırıq verməsi bunu bir daha sübut edir.

 

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri "Azəristiliktəchizat” ASC-nin Tovuz, Ağstafa, Qazax İSİS-in rəisi İlham Nağıyevlə birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə yaşayan bir qrup məcburi köçkünlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Vətəndaşların isti su ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi bu məsələyə də həssaslıqla yanaşılacağını bildirib və məsələnin araşdırılması istiqamətində aidiyyəti üzrə tapşırıq verib.

Ölkəmizdə məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla yanaşdığını qeyd edib.

Qəsəbədə məskunlaşan Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov, Barxudarlı kənd sakini Hüseyn Yunusov onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.




Sonra rayon rəhbərliyi Aşağı Əskipara körpələr evi-uşaq bağçasında olub, uşaqlara göstərilən diqqət və qayğı, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş