İcra başçısı Quşçu Ayrım və Birinci Şıxlı kəndlərində vətəndaşların müraciəti ilə yerində tanış olub
Birinci Şıxlı kəndi
Heç kəsə sirr deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılmasıdır. Ölkə Prezidentinin hər zaman rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu sübut edir ki, Azərbaycanda həyata keçirilən bütün işlərin əsasında vətəndaş amili dayanır.
Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. Rayonda vətəndaş amili hər zaman ön planda tutulur, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Quşçu Ayrım və Birinci Şıxlı kəndlərində vətəndaşların müraciətləri ilə yerində tanış olması, onları narahat edən məsələləri dinləməsi vətəndaşlara göstərilən qayğının əyani təzahürüdür.
Rayon rəhbəri əvvəlcə Quşçu Ayrım kəndində olub və şəhid atası Mirzəyev Abbas Qərib oğlunun qayğıları ilə maraqlanıb.
Sonra icra başçısı Rəcəb Babaşov Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyev, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və icra aparatının məsul işçiləri ilə birlikdə Birinci Şixlı kəndində bir qrup vətəndaşın elektrik xəttinin dəyişdirilməsi ilə bağlı müraciətlərini dinləyib. Sakinlərin istəklərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli ilə əlaqədar lazımi tədbirlərin görüləcəyini qeyd edib.
Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər.
Quşçu Ayrım kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş