• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizinlə öyünməyə, qürrələnməyə bizim haqqımız var. Siz Azərbaycan xalqının qəhrəman övladısınız”


Elbəyi Hüseynzadədən, 

Hörmətli cənab Prezident.

Sizi Qələbə münasibətilə təbrik edirik. Sizə daxili və xarici siyasətinizdə yeni uğurlar arzulayırıq.

Sizin əzmkarlığınız və cəsarətli Ordumuz sayəsində müharibədə qalib gəldik, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdik. Sizin düzgün siyasətiniz bizi bu Qələbəyə addım-addım yaxınlaşdırırdı. Döyüş meydanındakı uğurla yanaşı, Siz diplomatiya və informasiya cəbhəsində də düşmənə layiqli zərbələr endirmisiniz və bu istiqamətdə məqsədyönlü mübarizənizi davam etdirirsiniz.

Cənab Prezident, Sizinlə öyünməyə, qürrələnməyə bizim haqqımız var. Siz Azərbaycan xalqının qəhrəman övladısınız. Yolunuz hər zaman açıq, işləriniz uğurlu olsun.

Hörmətlə,

Elbəyi Hüseynzadə

Azərbaycan Respublikası, Qazax rayonu, Dəmirçilər kəndi.

4 mart 2021-ci il



Facebook-da paylaş