Vətəndaş məktubundan: “Cənab Prezident, Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik”
Hörmətli
cənab Ali Baş Komandan. Uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi
işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı
verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimizin
Sizin aldığınız qərarları dəstəklədiyimizi və yanınızda olduğumuzu demək
istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın
izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri
verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın
Azərbaycan əsgəri! Yaşasın cənab Ali Baş Komandan! Hörmətlə, Könül Kərimova Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam
orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Azərbaycan Respublikası, Qazax şəhəri.
Facebook-da paylaş