Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik”

“Cənab Prezident, Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik”


9-10-2020, 19:37


Hörmətli cənab Ali Baş Komandan.

Uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimizin Sizin aldığınız qərarları dəstəklədiyimizi və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan əsgəri! Yaşasın cənab Ali Baş Komandan!

Hörmətlə,

Könül Kərimova

Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt